Digər

Zelenskayanın adı korrupsiya qalmaqalında...

07 Dec 2025, 20:45 1 baxış
Zelenskayanın adı korrupsiya qalmaqalında...

Ukrayna Prezidenti Vladimir Zelenskinin arvadı Yelena Zelenskaya ölkənin enerji sektorunda korrupsiya işinin əsas sübutu olan səsyazmalarda görünüb.


Axar.az xəbər verir ki, bu iddia ilə Ali Radanın deputatı Aleksandr Dubinski Teleqram kanalında çıxış edib.


"Yelena Zelenskaya Mindiçin lentlərindədir. Ödənişlərlə bağlı nəsə qərar verirdi", — o bildirib.


Dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan deputat bu məlumatın mənbələrinin adını çəkməyib və hər hansı təfərrüat açıqlamayıb.


Qeyd edək ki, noyabrın 20-də ukraynalı bloger Anatoli Şariy də iddia edib ki, Yelena Zelenskaya ölkənin enerji və müdafiə sənayesində irimiqyaslı korrupsiya sxemindən tam xəbərdardır.

Mənbə axar.az

Oxşar Xəbərlər