Digər

Rusiya ilk dəfə toxunulmaz obyektlərə zərbə endirdi

07 Dec 2025, 19:10 1 baxış
Rusiya ilk dəfə toxunulmaz obyektlərə zərbə endirdi

Ruslar milyonlarla insanın həyatı üçün mühüm rol oynadığından toxunulmaz hesab edilən obyektləri ilk dəfə hədəfə alaraq Ukraynada hava zərbələri üçün yeni taktika tətbiq ediblər.


Axar.az xəbər verir ki, bu barədə "BILD"in hərbi eksperti Yulian Röpken deyib.


O bildirib ki, dekabrın 5-də Rusiya dron və raketlərdən istifadə etməklə Ukraynaya kütləvi hücuma keçib:


"Əsas hücumlardan biri Kiyev yaxınlığındakı Fastiv şəhərindəki dəmir yolu qovşağına olub".


O vurğulayıb ki, bundan əvvəl ruslar sistematik olaraq yalnız Ukraynanın şərqində dəmir yoluna hücum ediblər.

Mənbə axar.az

Oxşar Xəbərlər