Polad Ələmdarın ilginc hekayəsi...
İddialara görə, “Kurtlar Vadisi”ndəki Polad Ələmdarın kod adı olan “Canpolad” adı İsmail Canbuladdan gəlir. O, Kilisli, köklü Canbulad ailəsinin nəvəsi idi. Trablusqərb səhralarında Mustafa Kamalla çiyin-çiyinə döyüşüb. Təkcə silah yoldaşı yox, eyni çadırı paylaşdığı ən yaxın dostlarından biri olub.
Kult.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Tarihv2.0” kanalı məlumat yayıb.
“İttihad və Tərəqqi Cəmiyyətinin öndə gedən simalarından biri idi. Təşkilatçılığı o qədər güclü idi ki, əvvəlcə İstanbulun Polis Müdiri, daha sonra isə Osmanlı dövlətinin Daxili İşlər Naziri oldu. Dövlətin bütün kəşfiyyatı ona tabe idi. Amma sədaqət hər zaman xilas gətirmədi.
1926-cı ildə Atatürkə qarşı təşkil edilən İzmir sui-qəsdi hadisəsini bilsə də, xəbər verməməkdə ittiham olundu. Bununla birbaşa əlaqəsi olmasa da, siyasi hesablaşmalar nəticəsində edam edildi”, - deyə bildirilib.
Qeyd olunub ki, Canpolad edama gedərkən belə dövlətdən inciməyib:
“Canpolad” adı bu faciəli, amma polad kimi möhkəm iradədən miras qalıb”.