Digər
HƏMAS tərksilah üçün şərtlərini açıqladı
HƏMAS silahlarını gələcəkdə Qəzzanı idarə edəcək dövlətə bir şərtlə təhvil verməyə hazırdır. Bunun üçün İsrail işğalı sona çatmalıdır.
Axar.az xəbər verir ki, bunu Qəzzada HƏMAS-ın lideri Xəlil əl-Heyyə bildirib.
Qeyd edilib ki, HƏMAS lideri dövlət deyəndə gələcək suveren Fələstini nəzərdə tutub.
Xəlil əl-Heyyə əlavə edib ki, silahların təslim edilməsi məsələsi Fələstin qrupları və vasitəçilər arasında müzakirə mövzusudur. Razılaşmanın əldə edilməsi hələ başlanğıc mərhələdədir:
“Biz sərhədlərə və Qəzzada atəşkəsə nəzarət edəcək qüvvələr kimi BMT qüvvələrini qəbul edirik”.
Mənbə
axar.az