İdman
Fiziyevin rəqibi bəlli oldu
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev UFC 325 turnirində növbəti döyüşünü fevral 1-də keçirəcək.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, onun rəqibi braziliyalı Maurisio Rufi olacaq.
Hazırda Fiziyev yüngül çəkidə 9-cu, Rufi isə 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, son döyüşündə Fiziyev (rekord 13-4) çilili İqnasio Bahamondesi məğlub edib, Rufi isə (12-2) fransalı Benua Sen-Deniyə erkən məğlub olub.
Mənbə
axar.az