İdman

Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşdi

07 Dec 2025, 11:36 19 baxış
Rafael Fiziyevin növbəti rəqibi müəyyənləşdi
Rafael Fiziyev 2026-cı il fevralın 1-də keçiriləcək UFC 325 turnirində iştirak edəcək. Oxu.Az UFC-nin saytına istinadən xəbər verir ki, onun rəqibi braziliyalı Maurisio Ruffi olacaq. Fiziyev hazırda yüngül çəki dərəcəsi üzrə reytinqdə doqquzuncu yeri tutur, Ruffi isə 14-cüdür. Qeyd edək ki, R.Fiziyev sonuncu dəfə UFC-də bu ilin iyununda Bakıda keçirilmiş turnirdə iştirak edib və İqnasio Bahamondesə qalib gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər