Digər

Avropa ABŞ-ın ən yaxın müttəfiqidir - Tusk

07 Dec 2025, 11:03 1 baxış
Avropa ABŞ-ın ən yaxın müttəfiqidir - Tusk

Avropa amerikalıların düşmən deyil, ən yaxın müttəfiqidir.


Axar.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk özünün X səhifəsində yazıb.


“Avropa sizin probleminiz deyil, ən yaxın müttəfiqinizdir. Biz buna əməl etməliyik. Bu bizim ümumi təhlükəsizliyimiz üçün yeganə ağıllı strategiyadır", - o yazıb.


Qeyd edək ki, dünən Polşanın xarici işlər naziri Radoslav Sikorski milyarder İlon Maskın Avropa Birliyini dağıtmaq çağırışına cavab verib. Nazir iş adamına “Marsa getməyi” tövsiyə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər