İdman

Premyer Liqa: "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edəcək

07 Dec 2025, 10:04 1 baxış
Premyer Liqa: "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edəcək
Bu gün Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçiriləcək. Oxu.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Şamaxı" ilə üz-üzə gələcək. Matç Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək. Şamaxı kollektivi 14 xalla turnir cədvəlinin doqquzuncu sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər. Tərəflər arasında ilk dövrədə keçirilən matçda "Şamaxı" 3:0 hesablı qələbə qazanmışdı. Misli Premyer Liqası II dövrə, XIV tur 7 dekabr 14:00. "Karvan-Yevlax" - "Şamaxı" Hakimlər: Cavid Cəlilov, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı. VAR: Rəşad Əhmədov. AVAR: Emin Əliyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Azər Əsgərov. Yevlax şəhər stadionu Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər