Digər
ABŞ Ukraynada ərazi məsələləri ilə bağlı yeni yol axtarır
ABŞ Ukrayna nümayəndələri ilə danışıqlarda ərazi məsələlərinin həlli üçün yeni bir variant axtarır.
Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, məsələ Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ nümayəndələri arasında ötən gün keçirilən telefon danışığında müzakirə edilib.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.
Mənbə
axar.az