İdman

"Qarabağ"ın rəqibi qələbəni əldən verdi

07 Dec 2025, 00:31 1 baxış
"Qarabağ"ın rəqibi qələbəni əldən verdi

Futbol üzrə İngiltərə Premyer Liqasında XV tura start verilib.


Axar.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.


Lider “Arsenal” səfərdə “Aston Villa”ya 1:2 hesabı ilə uduzub. İkinci pillədə qərarlaşan “Mançester Siti” öz meydanında “Sanderlend”in qapısından 3 cavabsız qol keçirib. “Çelsi” – “Bornmut” görüşündə qapılara qol vurulmayıb.


Günün son matçında bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “Liverpul” “Lids”in qonağı olub. Mersisayd klubu hesabda öndə olmasına baxmayaraq, qələbəni əldən verib - 3:3.


Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:


“Everton” – “Nottingem” - 3:0


“Nyukasl” – “Börnli” - 2:1


“Tottenhem” – “Brentford” - 2:0


Qeyd edək ki, turun digər oyunları dekabrın 7-də və 9-da keçiriləcək.


"Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir.

Mənbə axar.az

Oxşar Xəbərlər