İdman
A Seriyası: "İnter" zirvəyə yüksəldi
İtaliya A Seriyasında 14-cü turun matçı başa çatıb. Oxu.Az xəbər verir ki, "Komo"nu qəbul edən "İnter" darmadağına imza atıb. Meydan sahibləri qonaqların qapısından 4 cavabsız top keçiriblər. Lautaro Martinez (11), Markus Türam (59), Hakan Çalhanoğlu (81) və Karlos Auqusto (86) fərqləniblər - 4:0. 14 oyundan sonra "İnter" 30 xalla Seriya A-nın turnir cədvəlində birinci yerdədir. "Komo" isə 24 xalla altıncıdır.
Mənbə
oxu.az