İdman

Tramp Ronaldo ilə danışdı: İndi zəng edib...

06 Dec 2025, 22:33 1 baxış
Tramp Ronaldo ilə danışdı: İndi zəng edib...

ABŞ Prezidenti Donald Tramp Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kristiano Ronaldo ilə telefonla danışıb.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində məlumat verib.


Tramp Ronaldonun “əfsanəvi futbolçu” olduğunu qeyd edib və bildirib ki, o, “yalnız indi zəng edib” və bu həftə Ağ Evdə və Oval Ofisdə keçirilən ekskursiyaya görə təşəkkürünü çatdırıb.


Qeyd edək ki, noyabrın 18-də Ronaldo Səudiyyə Ərəbistanının varisi Məhəmməd bin Salmanın şərəfinə Ağ Evdə təşkil olunan rəsmi naharın xüsusi qonaqlarından biri olub.

Mənbə axar.az

Oxşar Xəbərlər