Digər

Suriyada prezident seçkiləri nə vaxt keçiriləcək?

06 Dec 2025, 21:43 1 baxış
Suriyada prezident seçkiləri nə vaxt keçiriləcək?

Suriyada yeni konstitusiyaya əsasən 4 ildən sonra prezident seçkiləri keçiriləcək.


Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Doha Forumunda çıxışı zamanı bildirib.


"Biz əhatəli milli dialoq konfransı keçirdik, nəticədə aralıq konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə 5 il hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Bu müddət ərzində çoxlu qanunlar qəbul ediləcək və hökumət sisteminin təməl prinsipi olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - Şara əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər