İdman
Bundesliqa: Keyn üç qol vurdu, "Bavariya" darmadağınla qalib gəldi
Almaniya Bundesliqasının 13-cü turunun "Ştutqart" - "Bavariya" görüşü darmadağınla başa çatıb. Oxu.Az xəbər verir ki, qonaq komanda 0:5 hesabı ilə qalib gəlib. Qolları Laymer (11), Keyn (66, 82, 88) və Staniçiç (78) vurublar. Hazırda Almaniya çempionatının turnir cədvəlinə 37 xalla Münhen təmsilçisi başçılıq edir. "Ştutqart"ın 22 xalı var və komanda altıncı yerdədir. Növbəti turda, dekabrın 14-də "Ştutqart" səfərdə "Verder Bremen"lə, "Bavariya" isə həmin gün "Maynts"la qarşılaşacaq.
Mənbə
oxu.az