Digər

Bu saziş 50 ildir qüvvədədir və uğurludur!

06 Dec 2025, 20:26 1 baxış
Bu saziş 50 ildir qüvvədədir və uğurludur!

İsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır.


Axar.az Report-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Dohada keçirilən forumda bəyan edib.


"Dəməşq İsraillə 1974-cü ildə imzalanmış ayrılma sazişinə riayət olunmasında israr edir. Bu saziş artıq 50 ildən çoxdur qüvvədədir və müəyyən mənada uğurlu sazişdir", - o vurğulayıb.


Əş-Şara bildirib ki, sazişə müdaxilə və demilitarizasiya zonası kimi digər razılaşmalara cəhd ərəb dövlətini təhlükəli vəziyyətə sala bilər:


"İsraillə sərhəddə demilitarizasiya olunmuş bufer zonası yaradılması barədə söhbət təhlükəli mövzudur. Sual yaranır: bu zonanın təhlükəsizliyini kim təmin edəcək, kim idarə edəcək? Əgər orada Suriya ordusu və təhlükəsizlik qüvvələri olmayacaqsa, bu, tamamilə məntiqli narahatlıqdır".


Qeyd edək ki, İsrail qoşunları hələ də BMT-nin patrul çəkdiyi Qolan təpələrindəki əraziləri işğal altında saxlayır və dəfələrlə Suriyanın dərinliklərində hərbi əməliyyatlar həyata keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər