İdman
UFC-də ilin son böyük döyüş gecəsi: Diqqətlər NAZİM SADIXOVDA
2025-ci il yekunlaşmadan öncə UFC azarkeşlərinə son böyük döyüş gecəsini təqdim edir. 6 dekabr, Las-Veqas, "T-Mobile Arena" - UFC 323 həm idman baxımından, həm dramatik qarşıdurmalar, həm də reytinqlərin gələcəyini müəyyən edəcək döyüşlərlə yadda qalacaq. Gecənin əsas döyüşündə gürcü idmançı Merab Dvalişvili dördüncü dəfə titulunu müdafiə etmək üçün qəfəsə daxil olacaq. Onun rəqibi isə bir vaxtlar divizionun qorxulu adı olmuş, indi isə özünü yenidən sübut etməyə çalışan Pyotr Yan olacaq. Onların ilk döyüşü 11 mart 2023-cü ildə baş tutub və Merabın tam üstünlüyü ilə yekunlaşmışdı, 50-45.
Bu dəfə vəziyyət dəyişə bilərmi? Revanş döyüşləri tarixən sürprizlərlə doludur. Bunun ən yaxşı nümunəsi Pereira-Ankalaev qarşıdurmasıdır: eyni cütlük, tamamilə fərqli ssenari... Lakin Pyotrla Merab arasında başqa bir reallıq mövcuddur - Yan, Pereiranın sahib olduğu o dağıdıcı "one-punch" gücünə malik deyil. Üstəlik, onların ilk qarşılaşması nə qədər tənqid edilsə də, Merab üçün ən rahat döyüşlərdən biri olmuşdu. Pyotrla bağlı açıq qalan sual isə budur: o, nəyi tamamilə dəyişməlidir? Strateji hazırlıq, temponun idarəsi, bəlkə də hamısını bir yerdə. Amma fakt budur ki, Merab bu döyüşə yenidən böyük favorit kimi çıxacaq. Bununla yanaşı, Yan UFC "bantamweight" (61 kq) tarixinin ən tam komplekt idmançılarından biridir. Əgər Merabın gücünü sındıra biləcək biri varsa, bu, elə Pyotr Yandır. Gecənin ikinci titul döyüşündə çempion Alexandre Pantoja öz dominantlığını davam etdirmək üçün səhnəyə çıxır. Bu, onun ardıcıl beşinci titul müdafiəsi olacaq. Demetrius Consonun hegemonluğundan sonra öz çəkisində (57 kq) heç kim onun qədər irəliləyə bilməmişdi. Pantoja isə artıq həmin uğura doğru inamlı addımlarla gedir. Onun qarşısında duran Coşua Van isə UFC-nin ən gözlənilməz yüksəliş hekayələrindən birini yazır. Cəmi bir neçə ay əvvəl, o, reytinqdə 12-ci idi və Manel Kapenin (6-cı yer) əvəzinə döyüşə girərək divizionun bir nömrəli döyüşçüsü Brendon Royvalı məğlub etdi. Bu qələbə ilə, o, zirvəyə doğru sıçrayış etdi. Pantoja təcrübə və gücün vəhdət, Van isə maksimal özünəinam və gəncliyin təhlükəli enerjisi ilə oktaqona daxil olacaqlar. Yüngül çəkinin simasına çevrilmiş sabiq çempion Brendon Moreno yeni nəsli təmsil edən Tatsuro Taira ilə qarşılaşacaq. Bu döyüşdə qalib gələn, divizionun növbəti il üçün kontenderlik mübarizəsində birbaşa iştirak edəcək. Olimpiya çempionu və iki divizionlu UFC çempionu Henri Sexudo, 61 kq çəki dərəcəsinin parlayan ulduzu Peyton Telbott ilə qarşılaşır. Bu, potensial olaraq nəsillər arası duel kimi dəyərləndirilir - bir tərəfdə çoxillik irs, digər yanda yüksəliş dövrünün başlanğıcı. Keçmiş çempion Yan Blaxoviç, azərbaycanlı MMA pərəstişkarlarının yaxından tanıdığı Boqdan Quskova qarşı çıxır. Quskovun partlayıcı döyüş üslubuna qarşı Blaxoviçin ağırlığı və soyuqqanlılığı 93 kq üçün çox kritik döyüş olacaq. UFC 323 döyüş gecəsinin ikinci hissəsi də ən azı əsas kart qədər maraqlıdır: - Marvin Vettori vs Bruno Ferreira - Orta çəkidə xarakter, güc və inadkarlığın qarşıdurması. - Qrant Douson vs Manuel Torres - Tempi kim doğru idarə edərsə, o qalibə çevriləcək. - Terrans Makkini vs Kristian Dankan - ani nokaut potensialı olan toqquşma.
Bu mərhələdə azərbaycanlı UFC həvəskarlarının ən çox gözlədiyi görüş şübhəsiz ki, həmyerlimiz Nazim Sadıxovun döyüşüdür. Onun rəqibi fransalı Fares Ziam olacaq. Bu döyüşü Nazim üçün Bakıda keçirdiyi parlaq qələbədən sonra yeni böyük imtahan adlandırmaq olar. Bundan əlavə Las-Veqasda gecə saatlarında Edson Barboza, Jalin Turner, Muhammed Naimov, Mairon Santos, Meysi Barber, Karine Silva kimi adlar da oktaqona çıxacaqlar.
{{gallery}} Bünyad Qaraxanlı

Mənbə
oxu.az