Digər

Türkiyənin vitse-prezidenti və ticarət naziri Azərbaycana gələcəklər

06 Dec 2025, 17:02 1 baxış
Türkiyənin vitse-prezidenti və ticarət naziri Azərbaycana gələcəklər
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək. Bu barədə Oxu.Az-a Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib. Cevdet Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömer Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur. Onların səfəri dekabrın 23-də Bakı Konqres Mərkəzində keçiriləcək MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin qurultayı ilə bağlıdır. Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Qurultayda MÜSİAD-ın yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun növbəti dövr üçün strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər