Digər

Ramiz Mehdiyevin Nabrandakı 4 mərtəbəli villası - VİDEO

06 Dec 2025, 15:09 1 baxış
Ramiz Mehdiyevin Nabrandakı 4 mərtəbəli villası - VİDEO

Sabiq deputat Etibar Hüseynov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Nabrandakı villasının görüntülərini yayıb.


Bakupost.az xəbər verir ki, o, Nabranda dəniz sahilində yerləşən villanın 2 hektara yaxın ərazidə tikildiyini bildirib.


"Villanın 2012-ci ildə Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək, "ağsaqqal"a hədiyyə oldunduğu bildirilir. Villa 4 mərtəbəlidir, həyətində hovuz və idman meydançası var", - deyə E.Hüseynov vurğulayıb.


Sabiq deputat bildirib ki, qonşuların dediyinə görə, R.Mehdiyev bu villaya adətən yay aylarında gəlib:


"Burada tanınmış müğənnilərin də iştirak etdiyi axşam ziyafətləri də təşkil olunur".


Həmin görüntüləri təqdim edirik:


Ramiz Mehdiyevin Nabrandakı 4 mərtəbəli villası - VİDEO

Oxşar Xəbərlər