İdman
Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?
Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak perspektivləri ilə bağlı şərh verib. Bu barədə Oxu.Az Championat.com-a istinadən xəbər verir. "Orada olub-olmayacağına özü qərar verəcək və istənilən halda biz onun qərarını dəstəkləyəcəyik. Hər şey yaxşı gedir, amma altı ay uzun müddətdir. Ümid edirik ki, o özü və milli komanda üçün ən yaxşı qərarı verəcək", - deyə Skaloni bildirib. Qeyd edək ki, dekabrın 5-də DÇ-2026-nın püşkatma mərasimi keçirilib. Argentina J qrupunda yer alıb və Avstriya, Əlcəzair və İordaniya ilə qarşılaşacaq. 2026-cı il dünya çempionatı gələn yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Mənbə
oxu.az