İdman
Misli Premyer Liqası: "Zirə" "Qarabağ"a qarşı
Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq. Ağdamın "Qarabağ" klubu "Zirə"nin qonağı olacaq. Qurban Qurbanovun 12 oyun keçirən yetirmələri hazırda 29 xalla turnir cədvəlinə başçılıq edirlər. "Zirə" isə rəqibindən bir oyun çox keçirib və 26 xalla ikinci pillədə qərarlaşıb. Turun digər oyunları 7-8-9 dekabrda keçiriləcək. Misli Premyer Liqası: XIV tur 6 dekabr 17:00. "Zirə" - "Qarabağ" Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli VAR: Əliyar Ağayev AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Elçin Məmmədov Zirə İdman Kompleksinin stadionu.
Mənbə
oxu.az