İdman
Üç yaşlı hindistanlı şahmatçı rekorda imza atdı
Hindistanlı Sarvaqya Sinqh Kuşvaha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil olan ən azyaşlı şahmatçı olub. Oxu.Az "ETV Bharat"a istinadən xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlüyündə həmyerlisi Anişa Sarkarın rekordunu (3 yaş 8 ay 19 gün) yeniləyib. "Biz Sarvaqyanın nailiyyətinə sevinirik, onunla qürur duyuruq. Düşünürük ki, onun şahmatda parlaq gələcəyi var. Oğlumun qrossmeyster olmasını istəyirik", - deyə uşağın atası bildirib.
Mənbə
oxu.az