İdman
DÇ-2026-da Messi - Ronaldo qarşılaşması baş tuta bilər
2026-cı il dünya çempionatının dörddəbir finalında Portuqaliyanın Argentina ilə qarşılaşması mümkündür.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu, müvafiq milli komandaların liderləri Lionel Messi və Kristiano Ronaldonu üz-üzə gətirə bilər.
Lakin bunun baş verməsi üçün hər iki komanda öz qruplarında qalib gəlməli və 1/8 finala yüksəlməlidir.
Argentina Avstriya, Əlcəzair və İordaniya ilə birgə J qrupunda, Portuqaliya isə Kolumbiya, Özbəkistan və qitələrarası pley-offun qalibi (Yeni Kaledoniya/Yamayka/Konqo Demokratik Respublikası) ilə birgə K qrupunda yer alacaq.
Yarışın açılış matçında Meksika və Cənubi Afrika Respublikası milliləri qarşılaşacaqlar.
Mənbə
axar.az