İdman
DÇ-2026-da Messi - Ronaldu qarşılaşması baş tuta bilər
2026-cı il dünya çempionatının dörddəbir finalında Portuqaliyanın Argentina ilə qarşılaşması mümkündür. Oxu.Az xəbər verir ki, bu, müvafiq milli komandaların liderləri Lionel Messi və Kriştianu Ronaldonu üz-üzə gətirə bilər. Lakin bunun baş verməsi üçün hər iki komanda öz qruplarında qalib gəlməli və 1/8 finala yüksəlməlidir. Argentina Avstriya, Əlcəzair və İordaniya ilə birgə J qrupunda, Portuqaliya isə Kolumbiya, Özbəkistan və qitələrarası pley-offun qalibi (Yeni Kaledoniya/Yamayka/Konqo Demokratik Respublikası) ilə birgə K qrupunda yer alacaq. Yarışın açılış matçında Meksika və Cənubi Afrika Respublikası milliləri qarşılaşacaqlar.
Mənbə
oxu.az