İdman

Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb

05 Dec 2025, 22:36 1 baxış
Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Oxu.Az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub. Avropa çempionumuz Sübhan Mamedov (48 kiloqram) debütdə Coui Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək. Zaur Qəhrəmanov (67 kiloqram) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək. Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər