Digər

Fransada nazirin evi qarət olundu

05 Dec 2025, 23:46 1 baxış
Fransada nazirin evi qarət olundu

Fransada ekoloji keçiddən məsul nazir Matye Lefevrin mənzili qarət edilib.


Axar.az xəbər verir ki, oğurluq məmur və sevgilisi evdə olmadığı vaxt baş verib.


İddialara görə, oğrular qapını açmaq üçün onların poçt qutusunda qoyub getdikləri ehtiyat açardan istifadə ediblər. Bu, hadisədən sonra açarın yoxa çıxması ilə təsdiqlənib.


Quldurların təxminən 10.000 avro dəyərində qızıl-zinət əşyaları oğurladığı bildirilir. Bununla belə, heç bir xüsusi əhəmiyyətli sənədlərə toxunulmayıb.


Qeyd edək ki, bundan öncə Fransanın sabiq prezidenti Fransua Ollandın mənzili qarət olunmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər