İdman

İki boksçumuz dünya çempionatına qələbə ilə başladı

05 Dec 2025, 22:50 1 baxış
İki boksçumuz dünya çempionatına qələbə ilə başladı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.


Axar.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.


Avropa çempionumuz Sübhan Mamedov (48 kiloqram) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.


Zaur Qəhrəmanov (67 kiloqram) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.


Dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər