İdman

Ukrayna Rusiyaya görə cərimələndi

05 Dec 2025, 20:58 1 baxış
Ukrayna Rusiyaya görə cərimələndi

UEFA Ukrayna Futbol Assosiasiyasını 15 min avro məbləğində cərimələyib.


Axar.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ukraynanın İslandiya ilə keçirilən oyununda azarkeşlərdən birinin “Russia is a terrorist state” yazılı banner açmasına görə cərimə tətbiq edilib.


“Bu banner idman tədbirində qəbuledilməzdir”, - məlumatda vurğulanıb.


Həmçinin azarkeşlərin meydana daxil olmasına görə Ukrayna FA 10 min avro, pirotexnikadan istifadəyə görə isə 9 min avro cərimə ödəməli olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər