Mədəniyyət
Əsəd Cahangir: "Məhsəti Gəncəvinin irsinə hörmətsizlik yolverilməzdir"
"Klassiklərə bu cür yanaşmağı ədəbi opportunizm sayıram. Klassikamız - Dədə Qorquddan Səməd Vurğuna qədər - bizim mənəvi istinad nöqtəmiz və xalqın bədii yaddaşıdır. Klassiklərimizin irsinə hörmətsizlik qəbuledilməzdir". Bu sözləri Oxu.Az-a açıqlamasında ədəbi-tənqidçi, esseist və şair Əsəd Cahangir sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti" adlı qısametrajlı filmlə bağlı deyib. O, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasını məntiqi və qanunauyğun hesab edir: "Məhsəti Gəncəvinin həyatı və yaradıcılığı ilə bağlı müxtəlif mübahisələr səsləndirilir. Bəzi iddialara görə, onun şeirlərinin guya "Məhsəti" təxəllüslü bir kişi tərəfindən yazıldığı deyilir. Lakin bu yalnız ehtimal və fərziyə olaraq qalır, heç bir tarixi faktla təsdiqlənmir. Məhsəti Gəncəvi Azərbaycan intibah mədəniyyətinin ən böyük nümayəndələrindən biridir. Onun adı ədəbiyyat tariximizdə Nizami və Xaqani kimi klassiklərlə bir sırada çəkilir. O, ölkəmizin ilk məlum qadın şairidir. Bu səbəbdən böyük şairin xatirəsinə hörmətsizlik göstərmək və adını təhrif etmək qəbuledilməzdir". Aqil Vəlili
Mənbə
oxu.az
Oxşar Xəbərlər