Mədəniyyət
Əməkdar artist Arif Mirzəyevlə vida mərasiminin vaxtı müəyyənləşdi
Almaniyada vəfat edən tanınmış azərbaycanlı bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyev sabah torpağa tapşırılacaq. Bu barədə Oxu.Az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, Arif Mirzəyevlə vida mərasimi noyabrın 15-də saat 13:00-da Təzəpir məscidində keçiriləcək. Xatırladaq ki, Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da Almaniyada vəfat edib.
Mənbə
oxu.az