Digər
Türkiyədən Monqolustana piyada səyahət edən Oğuzhan Tıraş: "Azərbaycanda yaşamalı olsam, Gəncəni seçərdim"
"Gəncə çox gözəl şəhərdir. Azərbaycanda yaşamalı olsam, Gəncəni seçərdim". Bu sözləri Oxu.Az-a videomüsahibəsində türkiyəli səyyah və bloqer Oğuzhan Tıraş bildirib. Səyahət edən zaman keçdiyi bölgələr Tıraşın yaddaşında rəngarəng təəssürat buraxıb. Xüsusilə Qazax, Şəmkir və Gəncə onun üçün ölkənin "gizli gözəllikləri" kimi yadda qalıb. Gəncəyə xüsusi simpatiya duyduğunu deyən səyyah bildirir ki, Azərbaycanda yaşamalı olsa, məhz bu şəhəri seçərdi. Amma onu ən çox təsirləndirən təkcə məkanlar yox, insanların səmimiyyəti və saflığı olub. Rayonlarda uşaqların təmizqəlbliliyi, böyüklərin qonaqpərvərliyi, onun fikrincə, Azərbaycanın ən dəyərli xüsusiyyətlərindəndir. Bloqer bu bölgələrin böyük şəhərlərlə müqayisədə daha saf qaldığını qeyd edir. Hazırda yoluna davam edən Oğuzhan Tıraşın tək arzusu isə bu uzun səyahətini uğurla tamamlayıb Monqolustana çatmaqdır. Videomüsahibəni təqdim edirik:
Töhfə Səməd Video: Əqdəm Qasımov
Töhfə Səməd Video: Əqdəm Qasımov
Mənbə
oxu.az