İdman

Azərbaycan Kubokunda son 14 mövsümün ən aşağı göstəricisi qeydə alındı

05 Dec 2025, 13:30 1 baxış
Azərbaycan Kubokunda son 14 mövsümün ən aşağı göstəricisi qeydə alındı
Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, 8 oyunda cəmi 19 qol vurulub. Orta məhsuldarlıq 2.375-ə bərabər olub. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2-yə bərabər olub. Qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər