İdman

Qumar oyunlarına görə əməliyyat – Məşhur şərhçi saxlanıldı – VİDEO

05 Dec 2025, 11:51 1 baxış
Qumar oyunlarına görə əməliyyat – Məşhur şərhçi saxlanıldı – VİDEO

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində futbolda mərc və oyun satma iddialarına bağlı olaraq səhər saatlarında əməliyyat keçirilib.


BakuPost.az xəbər verir ki, İstanbulda aparılan əməliyyat çərçivəsində saxlanılanlar arasında sabiq hakim və idman şərhçisi Əhməd Çakar da var.


Başqa bir əməliyyatda, 2023–2024 mövsümündə TFF 2-ci Liqada keçirilmiş bir oyuna dair aparılan istintaq çərçivəsində bir neçə peşəkar futbolçu və klub rəhbəri şübhəli qismində həbs olunub.


İstintaqın mərkəzində oyun nəticəsinə görə qanunsuz mərc qoyulduğu və bəzi şəxslərin bu prosesdə oyun satması iddiaları dayanır.


Saxlanılan şəxslər ifadələri alınmaq üçün polisə aparılıb.


Xatırladaq ki, futbol dünyasında tərəfsizliyi və prinsipiallığı ilə seçilən Əhməd Çakar “Bəyaz TV”də Ertem Şenerin aparıcılığı ilə yayımlanan “Dərin futbol” və başqa “Youtube” kanallarında şərhçilik edir.




Qumar oyunlarına görə əməliyyat – Məşhur şərhçi saxlanıldı – VİDEO

Oxşar Xəbərlər