Digər

Tibb Mərkəzinin həyətində ölü döl tapılıb

05 Dec 2025, 12:35 1 baxış
Tibb Mərkəzinin həyətində ölü döl tapılıb

Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzi məlumat verib.


Bildirilib ki, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.


Qeyd edilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.


Oxşar Xəbərlər