Digər

Rusiyada NEZ və limana zərbələr endirildi - Video

05 Dec 2025, 11:27 6 baxış
Rusiyada NEZ və limana zərbələr endirildi - Video

Ukrayna PUA-ları Rusiyanın iki şəhərində dəniz limanına və neft emalı zavoduna zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.


Məlumata görə, Ukrayna Rusiyanın Krasnodar diyarının Temryuk limanına PUA zərbələri endirərək dağıntılara və yanğına səbəb olub. Hadisə qaz terminalının alovlanması ilə nəticələnib.


Bundan əlavə, Ukrayna dronları Samara vilayətinin Sızran şəhərindəki neft emalı zavodunu vurub.


Şəhərin meri hücumu təsdiqləyib, lakin zərbənin dəqiq hara endirildiyini açıqlamayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər