Digər

ABŞ ordusu daha bir gəmiyə zərbə endirdi: 4 ölü – Video

05 Dec 2025, 11:40 6 baxış
ABŞ ordusu daha bir gəmiyə zərbə endirdi: 4 ölü – Video

ABŞ hərbçiləri Sakit okeanın şərqində narkotik ticarəti ilə məşğul olduğunu iddia etdikləri gəmini bombalayıb.


Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.


“Dekabrın 4-də ABŞ müdafiə naziri Pit Heqsetin göstərişi ilə “Southern Spear” (Cənub Nizəsi) Birgə Əməliyyat Qrupu beynəlxalq sularda terror təşkilatı tərəfindən idarə olunan gəmiyə zərbə endirib.


Hadisə nəticəsində 4 nəfər ölüb. Kəşfiyyat gəminin qanunsuz narkotik daşıdığını və Sakit okeanın şərqində narkotik ticarəti marşrutu ilə hərəkət etdiyini təsdiqləyib”, - məlumatda bildirilib.


Qeyd edək ki, bu, Tramp administrasiyasının Karib dənizi və Sakit okeanın şərqində narkotik alveri ilə məşğul olduğunu iddia etdiyi gəmilərə qarşı 22-ci belə zərbədir. Sosial mediada yayılan məlumatlara görə, kampaniya zamanı ölənlərin sayı 87 nəfərə çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər