İdman

Bu gün DÇ-2026-nın püşkatması keçiriləcək

05 Dec 2025, 10:28 1 baxış
Bu gün DÇ-2026-nın püşkatması keçiriləcək
Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılacaq. Oxu.Az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Püşkatmadan əvvəl ölkələr dörd qrupa bölünüblər. İlk üç səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kürasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək altı komanda yer alacaq. 1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya; 2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya; 3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot-d`İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası; 4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kürasao, Haiti, Yeni Zelandiya, pley-off mərhələsinin altı qalibi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də püşkatma mərasimində iştirak edəcək. Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun - 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər