Dünya

"A23a" artıq dünyanın ən böyük aysberqi deyil

05 Dec 2025, 09:00 1 baxış
"A23a" artıq dünyanın ən böyük aysberqi deyil
Dünyanın ən böyük aysberqi sayılan və mütəxəssislərin 1986-cı ildən müşahidə etdikləri "A23a" öz statusunu itirib. Obyekt ilkin sahəsinin 67%-ni itirib. Oxu.Az bildirir ki, bu barədə məlumatı Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutu yayıb. Son üç ay ərzində "A23a"nın ölçüləri 22% kiçilib. İndi onun sahəsi yeni lider olan "D15A" aysberqindən iki dəfə azdır. Dünyanın ən böyük aysberqi "D15A"nın sahəsi 3 071 kvadratkilometrdir. "D15A" 2016-cı ilin yanvarında şelf buzlağından qopub və hazırda Şərqi Antarktidada Şahzadə Elizabet Torpağının sahilləri yaxınlığında dayazlıqda yerləşir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər