Siyasət

Marqus Tsaxna Bakıda səfərdədir

27 Nov 2026, 09:08 2 baxış
Marqus Tsaxna Bakıda səfərdədir

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Bakıya səfərə gəlib.


Axar.az xəbər verir ki, bu barədə Tsaxna X hesabında paylaşım edib.


"Bakıya yenicə gəldim. Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmən açırıq. Bu, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsini əks etdirən mühüm hadisədir", - nazir qeyd edib.


Tsaxnanın sözlərinə görə, səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin, habelə regional və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər