Digər

Ankaradan ABŞ və İrana təklif

24 Nov 2026, 16:49 3 baxış
Ankaradan ABŞ və İrana təklif

Türkiyə ABŞ və İranın razılığı olacağı təqdirdə, tərəflər arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Nazirlər Kabinetindəki mənbə “RİA Novosti”yə deyib.


“ABŞ və İran Türkiyədə danışıqlar aparmağa razılıq versələr, biz bu görüşə ev sahibliyi etməyə hazırıq. Hələlik belə bir görüşün təşkili ilə bağlı bizə heç bir müraciət daxil olmayıb”, - mənbə bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana qarşı zərbələri bərpa edə biləcəyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər