İdman

"Barselona" Bakıya hansı heyətlə gəlir? - Siyahı

23 Nov 2026, 16:40 4 baxış
"Barselona" Bakıya hansı heyətlə gəlir? - Siyahı
İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la keçirəcəyi oyun üçün Bakıya yola düşüb. Oxu.Az xəbər verir ki, Kataloniya təmsilçisi noyabrın 25-də baş tutacaq qarşılaşmaya hazırlıq məqsədilə Azərbaycan paytaxtına səfər edir. Baş məşqçi Hans-Diter Flik dörd futbolçunun xidmətindən yararlana bilməyəcək. Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamal komandanın heyətində yer almayıblar. "Barselona"nın Bakıya gətirdiyi futbolçular: Qapıçılar: Joan Qarsiya, Voyçex Şensnı, Dominik Livakoviç; Müdafiəçilər: Joao Kanselo, Alexandro Balde, Pau Kubarsi, Jerard Martin, Jül Kunde, Erik Qarsiya, Aleks Kampos; Yarımmüdafiəçilər: Brian Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, Frenki de Yonq, Mark Bernal; Hücumçular: Qabriel Jezus, Rafinya, Karim Adeyemi, Entoni Qordon, Cessi Bisivu. Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər