Kriminal
Xaçmazda ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldı
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, QAZ-3110 markalı minik avtomobili ilə və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-da olan sürücü və altı sərnişin yaralanıb. Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri olan bir ailənin üzvləri - ata, ana və onların dörd qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə
oxu.az