Siyasət
İlham Əliyev Livan prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti General Jozef Aunu milli bayram münasibətilə təbrik edib.
Axar.az məktubun mətnini təqdim edir:
"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, məsul fəaliyyətinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və rifah arzulayıram".
Mənbə
axar.az