Kriminal

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

20 Nov 2026, 00:16 2 baxış
Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb. Oxu.Az-ın məlumatına görə, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü, 1991-ci il təvəllüdlü İ.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, zərərçəkən Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğludur. O, 1990-cı ildə Qazax rayonunda gedən döyüşlərdə şəhid olub. Yusuf Məmmədli
Mənbə oxu.az

Oxşar Xəbərlər