Kriminal

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto/Video

19 Nov 2026, 23:48 4 baxış
Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto/Video
Lənkəran rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Separadi kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata əsasən, "QAZel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək üç avtomobilə və yol kənarındakı beton elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini işıqsız qalıb. Faktla bağlı araşdırma aparılır.


{{gallery}} İqbal Ziya
Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto/Video Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər