Siyasət

Azərbaycan XİN Gürcüstana başsağlığı verdi

19 Nov 2026, 21:42 6 baxış
Azərbaycan XİN Gürcüstana başsağlığı verdi
Azərbaycan Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərindən kədərlənirik. Doğmalarını itirmiş ailələrə səmimi qəlbdən başsağlığı veririk və fikirlərimiz bu faciədən zərər çəkən hər kəslədir. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər