Kriminal

"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu

18 Nov 2026, 21:30 3 baxış
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi məlum olub. Oxu.Az-ın məlumatına görə, hadisə Bərdə rayonunun Saatlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobillə vurmaqda şübhəli bilinən şəxs Aynur Həsənovadır. O, idarə etdiyi "Lexus" markalı avtomobillə piyadanı vuraraq onun ölümünə səbəb olmaqda şübhəli bilinir. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Bərdədə piyadanı avtomobil vuraraq öldürüb. Oxu.Az-ın məlumatına görə, hadisə Bərdə-Yevlax avtomobil yolunun Bərdə rayon Saatlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən, 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həlak olub. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu "Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər