Digər

Putinlə Trampın görüşü qısa olacaq - Kreml

18 Nov 2026, 22:17 2 baxış
Putinlə Trampın görüşü qısa olacaq - Kreml

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş uzun çəkməyəcək.


Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.


“Qısa söhbət edəcəklər. Görüşün nə qədər davam edəcəyi ilə bağlı təxmin yürütməyə ehtiyac yoxdur. Sabah hər şeyi açıqlayacağıq”, – deyə Peskov bildirib.


İki ölkə lideri arasında tam formatlı görüşün keçirilməsinin mümkün olub-olmadığı barədə suala cavabında isə o, vaxt çatışmazlığı səbəbindən hələlik belə bir görüşün təşkilinin mümkün olmadığını söyləyib.


Qeyd edək ki, bu gün Tramp, Putin və Szinpin arasında ayaqüstü görüş olub.

Mənbə axar.az

Oxşar Xəbərlər