Dünya

"GTA VI" çılğınlığı başladı: İş yerləri bağlanır, insanlar məzuniyyətə çıxırlar - Video

18 Nov 2026, 20:12 5 baxış
"GTA VI" çılğınlığı başladı: İş yerləri bağlanır, insanlar məzuniyyətə çıxırlar - Video
Dünyada milyonlarla oyun həvəskarının səbirsizliklə gözlədiyi "Grand Theft Auto" (GTA) seriyasının yeni oyunu "GTA VI"nın noyabrın 19-da satışa çıxarılacağı xəbəri oyunsevərlər arasında böyük həyəcan yaradıb. Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, dünyanın ən populyar videooyun seriyalarından biri olan GTA-nın əvvəlki oyunu "GTA V" 2013-cü ildə satışa çıxarılıb. Həmin vaxtdan 13 ildir yeni oyunu gözləyən həvəskarlar buraxılış tarixi yaxınlaşdıqca hazırlıqlarını sürətləndiriblər. Türkiyədə bəzi oyun həvəskarları yeni oyunu satışa çıxarıldığı gün oynaya bilmək üçün iş yerlərindən icazə alır, digərləri isə bütün günlərini oyuna həsr etməyə hazırlaşırlar.

Mersində bir sahibkar da uzun illərdir gözlədiyi oyunu fasiləsiz oynaya bilmək üçün iş yerini bir günlük bağlamaq qərarına gəlib. O, iş yerinin şüşəsinə "Noyabrın 19-da bağlıyıq" yazısını asaraq bir günlük qazancından imtina etməyə hazır olduğunu bildirib. Bəzi oyun salonlarında isə müştərilər yeni oyunu satışa çıxarıldığı gün oynaya bilmək üçün hətta həftələr, aylar əvvəldən yer rezerv ediblər. Xüsusilə buraxılış günü oyun salonlarında sıxlıq yaşanacağı gözlənilir. İş yerini bir günlük bağlamaq qərarına gələn Samet Demirkol uzun illərdir GTA seriyasının oyunlarını oynadığını bildirib: "13 ildir GTA oynayıram. "GTA VI"nı da çoxdan gözləyirik. Onsuz da əvvəlcədən sifariş vermişdim. Buna görə sabah dükanı bir günlük bağlayacağam. Hər gün iş-güc deyərkən bir gün də özümə vaxt ayırmaq istədim. Sabah açarı dükanın deyil, qismət olsa, "GTA VI"nın üzərinə çevirəcəyəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər