Siyasət

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib - Foto

18 Nov 2026, 20:16 5 baxış
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib - Foto
Noyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstoun ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər. Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP, Zəngəzur dəhlizi) regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb. Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında da fikir mübadiləsi aparılıb.
{{gallery}}
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib - Foto Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər