Kriminal
Sumqayıt-Novxanı yolunda sərnişin avtobusu yandı - Video
Sumqayıt-Novxanı avtomobil yolunda sərnişin avtobusu yanıb. Oxu.Az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, 123 saylı xətt üzrə işləyən avtobus hərəkətdə olarkən anidən alışıb. Nəqliyyat vasitəsinin alovlandığını görən sərnişinlər təcili avtomobildən düşüblər və qaçaraq ərazidən uzaqlaşıblar. Hadisə yerindən görüntünü təqdim edirik:
Mənbə
oxu.az